Azərbaycan milli komandasının rəqibi son 7 oyunda qələbə qazanıb
26.08.2008 - 12:13
Azərbaycan milli komandasının rəqibi son 7 oyunda qələbə qazanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan futbol yığmasının beynəlxalq yoldaşlıq görüşü çərçivəsində sabah Tehranda qarşılaşacağı İran ardıcıl son 7 oyunda qələbə qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın rəqibi bu il iyunun 2-də öz meydanında Birləşmiş Ərəb Əmirliklərinin müqavimətini qıra bilməyib (0:0). Sonrakı matçlarda isə Əli Daeinin yetirmələri maksimum nəticə göstəriblər. Belə ki, iranlılar səfərdə BƏƏ (1:0) və Suriya (2:0), evdə isə Küveyt (2:0), Fələstin (3:0), Qətər (6:1), Suriya (2:0) və İordaniyanı (2:1) üstələyiblər. Qonşu ölkənin yığması sonuncu dəfə martın 21-də Bəhreynə 0:1 hesabı ilə məğlub olub. Ümumiyyətlə, rəqibimiz bu il keçirdiyi 15 matçda 9 qələbə qazanıb, 4 heç-heçə edib və cəmi 2 dəfə uduzub.
0