Braziliyalı məşhur futbolçu Rivaldo Özbəkistan çempionatında oynayacaq
26.08.2008 - 15:26
Braziliyalı məşhur futbolçu Rivaldo Özbəkistan çempionatında oynayacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Braziliyanın ən tanınmış futbolçularından biri Rivaldo karyerasını Özbəkistanda davam etdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 36 yaşlı dünya çempionu bu ölkənin “Kuruvçi” klubuna keçib. Tərəflər arasında bir illik müqavilə bağlanılıb. 1999-cu ildə dünyanın ən güclü futbolçusu seçilən Rivaldo son dörd mövsümdə Yunanıstan çempionatında çıxış edib. Onun son klubu AEK-lə müqaviləsi başa çatmadığından “Kuruvçi” rəhbərliyi yunanıstanlılara 500 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, iyulda “Kuruvçi” kamerunlu Samuel Eto̕ Onun müqabilində “Barselona”ya 40 milyon avro təklif etsə də, transfer baş tutmamışdı.
0