Bakıya Farer adalarının 18 futbolçusu gələcək
26.08.2008 - 16:12
Bakıya Farer adalarının 18 futbolçusu gələcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin son ev oyununda rəqibi olacaq Farer adaları yığmasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Bakıya 18 farerli oyunçu təşrif buyuracaq. Farer adalarını çalışdıran Uilyam Makleud Yakobsen və Hedun Askam məşqçilər cütlüyü cəmi iki hücumçuya ehtiyac duyub. Rəqibimizin heyətində iki legioner futbolçu da var. Erlinq Yakobsen Danimarkanın aşağı dəstəsində çıxış etdiyi halda, Qunnar Nilsen Şotlandiya “Motervell”ində oynayır. O, əvvəllər İngiltərənin “Blekbern” klubunun da şərəfini qoruyub. Farer adaları yığması sentyabrın 3-də ölkəmizə gələcək. Milli komandamızın bu kollektivlə görüşü sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qapıçılar: Qunnar Nilsen (“Motervell”, Şotlandiya), Tordur Tomsen (“NSİ Runavik”);

Müdafiəçilər: Pol Yohannes Yustinusen (“B68 Toftir”), Pol Tomas Dam (“HB Torshavn”), Fritleyf Lambanum (“”İF Fuhlahfyordur), Ossur Dalbud (“NSİ Runavik”), Emil Leyfson (“Kİ Klaksvik”);

Yarımmüdafiəçilər: Roaldur Yakobsen, Odmar Faro, Maqnus Olsen (hamısı “B36 Torshavn”), Olavur Olavstovu, Roqvi Poulsen, Petur Yorgensen (hamısı “HB Torshavn”), Levi Hansen (“EB Streymur”), Solvi Vathamar (“Vikinqur”), Qudmund Nilsen (“B71 Sandoy”);

Hücumçular: Kristofur Yakobsen (“Kİ Klaksvik”), Erlinq Yakobsen (“Amager”, Danimarka).
0