Con Toşak Azərbaycan yığması ilə oyuna daha iki futbolçu çağırıb
26.08.2008 - 16:42
Con Toşak Azərbaycan yığması ilə oyuna daha iki futbolçu çağırıb
İngiltərənin “Nottingem Forest” klubunda çıxış edən R. İrnşou əvvəllər yığmanın şərəfini qorusa da, avqustun 22-də açıqlanan 26 nəfərlik heyətdə yer almamışdı. Təcrübəli hücumçu ilə yanaşı, adı siyahıya əlavə olunan R. Uilyams isə milli komandanın debütantı sayılır. Hazırda İngiltərənin “Midlsbro” klubunun şərəfini qoruyan mərkəz müdafiəçisi gənclərdən ibarət yığmanın əsas oyunçularından biridir.
Qeyd edək ki, Uels - Azərbaycan matçı Kardiffin “Millenium” stadionunda baş tutacaq.
0