Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının vaxtı məlum olub
26.08.2008 - 17:42
Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının vaxtı məlum olub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək oyunların vaxtı müəyyənləşib. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, avqustun 30-31-də baş tutacaq qarşılaşmalardan yalnız 3-ü saat 18:00-da start götürəcək. Digər 4 matçın isə vaxtı dəyişdirilib. Lənkəranda keçiriləcək görüş saat 20:00-da başlanacaqsa, “Şəfa” stadionuna təyin olunan oyunların hər ikisinə saat 19:00-da start verilməsi planlaşdırılıb. Premyer Liqanın lideri “Simurq”la “Neftçi”nin Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşması isə ən gec başlanan oyun olacaq.

30 avqust (şənbə)

“Xəzər-Lənkəran” - NBC

Lənkəran. Şəhər stadionu. Saat 20:00

“Neftçi” – “Simurq”
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00

“İnter” - “Qəbələ”
“Şəfa” stadionu. Saat 19:00

“Qarabağ” – “Bakı”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18:00

31 avqust (bazar)

MOİK – “Turan”

“Şəfa” stadionu. Saat 19:00

“Karvan” – “Standard”
Yevlax. Şəhər stadionu. Saat 18:00

“Bakılı” – “Olimpik”
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
0