Azərbaycan milli komandasının start heyəti açıqlanıb
27.08.2008 - 14:52
Azərbaycan milli komandasının start heyəti açıqlanıb
Belə ki, almaniyalı baş məşqçi Berti Foqts Tehranın “Azadi” stadionunda keçiriləcək matçda müdafiəçi Vladimir Levinə birinci dəfə start heyətdə yer verib. Bundan başqa, zədəsini sağaldan Usim Nduka da ilk dəqiqələrdən meydanda olacaq. İslandiya ilə oyunun ikinci hissəsində çıxış etmiş Vaqif Cavadovun adına isə bu dəfə start heyətdə rast gəlmək mümkündür. Ümumiyyətlə, milli komandamızın ilk “11-liy”i belədir: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vladimir Levin, 13. Usim Nduka, 14. Rəşad Sadıqov, 15. Nodar Məmmədov, 16. Elvin Məmmədov, 6. Elmar Baxşıyev, 19. Cavid Hüseynov, 17. Fabio Luis Ramim, 11. Vaqif Cavadov.
Qapıçı Rauf Mehdiyev və Kamran Ağayev, müdafiəçilər Mahir Şükürov və Emin Quliyev, yarımmüdafiəçilər Mahmud Qurbanov, Zeynal Zeynalov və Samir Abbasov, hücumçular Leandro Qomeşlə və Xaqani Məmmədov isə ehtiyat oyunçular skamyasında oturacaqlar. Bakı vaxtı ilə saat 19:30-da başlanacaq görüşün “Xəzər” TV vasitəsilə yayımlanması nəzərdə tutulub.
0