“Qarabağ” komandasının yeni bazasının təməlatma mərasimi keçirilib - FOTO
27.08.2008 - 17:40
“Qarabağ” komandasının yeni bazasının təməlatma mərasimi keçirilib - FOTO
Bakı. Kənan Həsənov – APA-Sport. Bakının Binə qəsəbəsində “Qarabağ” futbol komandasının yeni bazasının təməlatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanından 2 km aralıda yerləşən kompleksin təməlatma mərasiminə klub rəsmiləri ilə yanaşı, futbolçular da qatılıblar. Yığıncaqda çıxış edən “Qarabağ”ın prezidenti Abdulbari Goozal tikiləcək bazanın əhəmiyyətindən danışıb. Türkiyəli iş adamı , həmçinin futbolçularla söhbətində onlardan yaxşı nəticələr gözlədiyini deyib. Komandanın kapitanı Aslan Kərimov isə prezidentə çempion titulu qazanacaqlarını söz verib. Layihəyə əsasən, bu ilin sonunadək futbolçuların qalacağı inzibati bina hazır olacaq. Cari mövsümün sonunda isə 3 yüksək səviyyəli meydança istismara veriləcək.


0