Azərbaycan milli futbol komandası İrana uduzub - FOTOSESSİYA
28.08.2008 - 09:54
Azərbaycan milli futbol komandası İrana uduzub - FOTOSESSİYA
Oyunda yeganə qola 81-ci dəqiqədə Məhəmməd Nuri imza atıb. Bu qarşılaşma yığmamızın dünya çempionatının seçmə qrup mərhələsi ərəfəsində son hazırlıq matçı olub. Rəsmi oyunlara hazırlığı yekunlaşdırmaq üzrə olan milli komandamız dünya çempionatının seçmə mərhələsində sentyabrın 6-da debüt edəcək. Berti Foqtsun rəhbərlik etdiyi kollektiv həmin gün Kardiffdə Uels yığması ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, indiyədək milli komandamız İran üzərində qələbə qazana bilməyib. 2002-ci il avqustun 8-də və 10-da tərəflər arasında keçirilən hər iki görüş heç-heçə nəticələnib (1:1; 2:2). 2005-ci il iyunun 1-də isə braziliyalı Karlos Alberto Torresin başçılıq etdiyi yığmamız yenə səfərdə İranla qarşılaşıb və məğlubiyyətlə barışıb - 1:2.

























Fotolar Eldəniz Bədəlovundur
0