“Neftçi”nin futbolçusu Estoniya yığmasına dəvət olunub
28.08.2008 - 10:48
“Neftçi”nin futbolçusu Estoniya yığmasına dəvət olunub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov Estoniya milli komandasına dəvət alıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçisi Tarmo Ruutli 24 yaşlı futbolçunun xidmətindən dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Belçika, 10-da isə Bosniya və Herseqovinaya qarşı matçlarda yararlanmaq istəyir. İndiyədək D. Kruqlov Estoniya yığmasında 34 matç keçirib və 1 qol vurub.
Qeyd edək ki, ölkəmizdə çıxış edən daha iki futbolçu - “Olimpik”in müdafiəçisi Sergey Laşenkov və “Bakı”nın yarımmüdafiəçisi Aleksey Savinov da bir neçə gün öncə dünya çempionatının seçmə oyunlarında iştirak etmək üçün Moldova milli komandasına dəvət olunublar.
0