Berti Foqts sabah mətbuat konfransı keçirəcək
28.08.2008 - 15:13
Berti Foqts sabah mətbuat konfransı keçirəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, tədbir sabah saat 12:00-da başlanacaq. AFFA-nın inzibati binasında keçiriləcək mətbuat konfransında almaniyalı mütəxəssis milli komandanın İranla yoldaşlıq matçından, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinə hazırlıqdan danışacaq.
Qeyd edək ki, yığmamızın dünya çempionatının seçmə mərhələsində ilk oyunu sentyabrın 6-da səfərdə Uelsə qarşı olacaq.
0