Azərbaycan milli komandası yoldaşlıq görüşündə Türkiyəyə uduzub
29.08.2008 - 10:46
Azərbaycan milli komandası yoldaşlıq görüşündə Türkiyəyə uduzub
Bakı. Aqşin Əliyev – APA-Sport. Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol yığması (U-19) Türkiyə ilə yoldaşlıq görüşü keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Şamil Heydərovun yetirmələri Riva şəhərinin “Maltəpə” stadionunda təşkil olunan oyunda türkiyəli həmyaşıdlarına uduzublar. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola 8-ci dəqiqədə Arzu Karabulut imza atıb. Sabah tərəflər arasında növbəti yoldaşlıq matçı oynanılacaq.
Qeyd edək ki, Türkiyə səfəri U-19 üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
0