Azərbaycan Premyer Liqasının lideri başsız qalan “Neftçi”yə qarşı
29.08.2008 - 11:13
Azərbaycan Premyer Liqasının lideri başsız qalan “Neftçi”yə qarşı
Son turda lideri məğlub etməklə zaqatalalıları zirvəyə qaldıran flaqman indi də Roman Pokoranın yetirmələrini ilk xal itkisinə məruz qoymağa çalışacaq. Bu görüşdə “Neftçi”yə Böyükağa Ağayev rəhbərlik edəcək. Flaqmanın gələcək baş məşqçisinin oyunu tribunadan izləyəcəyi gözlənilir. Çempionatın favoritlərindən sayılan “Bakı” isə “Qarabağ”la qüvvəsini sınayacaq. Mövsümə gözlənildiyindən zəif başlayan Ağdam təmsilçisi qapısının toxunulmazlığını qoruyan bakılıların bu seriyasına son qoymaq əzmindədir. “İnter” ötən mövsümün axırıncı turunda “Qəbələ” üzərində böyük hesablı qələbə sayəsində çempion tituluna yiyələnib. Bu dəfə də Valentin Xodukinin rəhbərlik etdiyi kollektiv rəqibi itkisiz keçmək istəyəcək. Cari mövsümə daha yaxşı başlayan Ramiz Məmmədovun yetirmələri hazırda “İnter”i bir xal geridə qoyur. NBC-ni qəbul edəcək “Xəzər-Lənkəran” isə yeni mövsümdə birinci dəfə doğma meydana çıxacaq.
Avqustun 31-ə təyin olunan qarşılaşmalara gəlincə, əsasən turnir cədvəlində qonşuların oyunu maraq doğurur. Söhbət “Karvan” - “Standard” matçından gedir. Bu qarşılaşma ilə bağlı daha bir maraqlı məqam hazırda Yevlax komandasını çalışdıran Yunis Hüseynovun ötən mövsüm “Standard”da işləməsidir. İlk üç turda məğlubiyyət acısı dadmayan 4 komandadan biri - “Olimpik” paytaxt derbisində “Bakılı”nı sınağa çəkəcək. Hələ də ilk xalını qazana bilməyən Nadir Qasımovun komandası kimi “təhlükəli zona”da yer alan “Turan” və MOİK öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər. IV turdan sonra Azərbaycan Premyer Liqasında üç həftəlik fasilə yaranacaq.

IV tur

30 avqust (şənbə)

“Xəzər-Lənkəran” – NBC

Baş hakim: Ceyhun Haşımov
Lənkəran. Şəhər stadionu. Saat 20:00

“Neftçi” – “Simurq”
Baş hakim: Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00

“İnter” – “Qəbələ”
Baş hakim: Azad Mütəllimov
“Şəfa” stadionu. Saat 19:00

“Qarabağ” – “Bakı”
Baş hakim: Babək Quliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18:00

31 avqust (bazar)

MOİK – “Turan”

Baş hakim: Rasim Məmmədov
“Şəfa” stadionu. Saat 19:00

“Karvan” – “Standard”
Baş hakim: İmanxan Sultani
Yevlax. Şəhər stadionu. Saat 18:00

“Bakılı” – “Olimpik”
Baş hakim: Rövşən Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00

N

komandalar

O

Q

H

M

T

X

1

Simurq

3

3

0

0

6-2

9

2

Bakı

3

2

1

0

2-0

7

3

Qəbələ

3

2

0

1

7-2

6

4

Karvan

3

2

0

1

3-1

6

5

Standard

3

2

0

1

3-4

6

6

İnter

3

1

2

0

4-1

5

7

Olimpik

3

1

2

0

3-2

5

8

Qarabağ

3

1

1

1

4-4

4

9

Xəzər-Lənkəran

2

1

0

1

3-2

3

10

Neftçi

3

1

0

2

1-2

3

11

NBC

3

1

0

2

3-6

3

12

Turan

2

0

0

2

1-4

0

13

Bakılı

3

0

0

3

2-7

0

14

MOİK

3

0

0

3

0-5

0



Bombardir: Fərzad Hatəmi (“Qəbələ”) – 3.
0