Azərbaycan milli komandası Uelslə oyuna 24 futbolçu ilə hazırlaşacaq
29.08.2008 - 13:02
Azərbaycan milli komandası Uelslə oyuna 24 futbolçu ilə hazırlaşacaq
Müxtəlif səbəblərdən son matçda çıxış etməyən Branimir Subaşiç, Saşa Yunisoğlu və Aleksandr Çertoqanov yenidən yığmaya qayıdıblar. Əvvəllər də milli komandaya çağırılan, lakin heyətdə möhkəmlənə bilməyən Anar Nəzirov da toplanışa dəvət alıb. “Olimpik”li Aqil Nəbiyev isə yığmanın yeganə debütantıdır. Bu dəfə B. Foqts Emin Quliyevə ehtiyac duymayıb.
Qeyd edək ki, milli komandamız seçmə oyunların hazırlığına sentyabrın 1-də başlayacaq.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Anar Nəzirov (Neftçi).

Müdafiəçilər: Mahir Şükürov (klubsuz), Rail Məlikov, Rəşad Sadıqov (hər ikisi “Neftçi”), Samir Abbasov, Vladimir Levin (hər ikisi “İnter”), Saşa Yunisoğlu (“Poloniya”, Polşa), Nodar Məmmədov (MOİK), Aqil Nəbiyev, Usim Nduka (hər ikisi “Olimpik”)

Yarımmüdafiəçilər: Elmar Baxşıyev (“Neftçi”), Cavid Hüseynov, Elvin Məmmədov, Mahmud Qurbanov (hamısı “İnter”), Aleksandr Çertoqanov (“Neftçi”), Zeynal Zeynalov (NBC).

Hücumçular: Leandro Qomeş (“Olimpik”), Branimir Subaşiç (“Srvena Zvezda”, Serbiya), Xaqani Məmmədov (“İnter”), Fabio Luis Ramim (“Bakı”), Vaqif Cavadov (“Qarabağ”).
0