Karl Haynts Feldkamp: “Belə zərbədən sonra “Qalatasaray”ın UEFA kubokunda uğurlu çıxış edəcəyi sual doğurur”
29.08.2008 - 16:31
Karl Haynts Feldkamp: “Belə zərbədən sonra “Qalatasaray”ın UEFA kubokunda uğurlu çıxış edəcəyi sual doğurur”
Bakı. Kənan Həsənov – APA-Sport. “Qalatasaray”ın Çempionlar Liqasında mübarizəni dayandırmasına çox üzüldüm. Fikrimcə, komanda Rumıniya təmsilçisi “Styaua” ilə oyunlara tam hazır deyildi. Məğlubiyyət “Qalatasaray”ın yerində saydığını deyil, hətta gerilədiyini göstərdi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” komandasının sabiq baş məşqçisi Karl Haynts Feldkamp deyib. Ötən mövsümün sonuna 6 tur qalmış istefa verən almaniyalı mütəxəssis İstanbul təmsilçisinin maddi ziyana da məruz qalacağını bildirib: “Bu psixoloji zərbədən sonra “Qalatasaray”ın UEFA kubokunda uğurlu çıxış edəcəyi sual doğurur. Çünki imicinə ciddi zərbə dəyən kollektiv eyni zamanda təxminən 15 milyon avrodan məhrum oldu. Buna baxmayaraq, sabiq komandamın xaosdan qurtulub, azarkeşlərini sevindirəcəyinə ümid edirəm”.
0