Almaniyalı mütəxəssis “Neftçi” komandasına baş məşqçi təyin olunub
29.08.2008 - 17:17
Almaniyalı mütəxəssis “Neftçi” komandasına baş məşqçi təyin olunub
Y. Gede məşqçilik karyerasına 1992-ci ildə “Fortuna”da (Düsseldorf) başlayıb. Lakin o, Almaniya Bundesliqasında qələbə qazanmağı bacarmayıb (7 oyunda 3 heç-heçə və 4 məğlubiyyət). Belə ki, rəhbərlik cəmi iki aydan sonra onunla əməkdaşlığı kəsib. Daha sonra Y. Gede “Fortuna”da idman direktoru vəzifəsində çalışıb. 1998-ci ildə bir neçə ay İranda həm yığma, həm də kluba baş məşqçilik edib. Y. Gede ötən əsrin son illərindən başlayaraq Almaniyanın aşağı dəstə klubları “Lipştadt”, “Essen”, “Rot Vays” və “Oberhauzen”i çalışdırıb. 2005-ci ildə ona Özbəkistan milli komandasının baş məşqçisi postu təklif olunub. Amma Y. Gede Orta Asiyada da uğursuzluqla üzləşib. O, dünya çempionatının seçmə mərhələsində Cənubi Koreyaya məğlubiyyətdən sonra tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Y. Gede “Neftçi”nin baş məşqçi vəzifəsində ötən həftə istefa vermiş Anatoli Demyanenkonu əvəzləyib.
0