Bolqarıstanda Berbatov, Rumıniyada Mutu
24.12.2008 - 18:16
Bolqarıstanda Berbatov, Rumıniyada Mutu
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Dimitar Berbatov əfsanəvi həmyerlisi Xristov Stoiçkovun rekordunu təzələyib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığmasının 27 yaşlı kapitanı 5-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib. Buna qədər “Barselona” klubunun ulduz futbolçusu, karyerasını başa vurduqdan sonra milli komandaya rəhbərlik edən 44 yaşlı Stoiçkov belə uğura imza atmışdı. Onun rəhbərliyi altında 4 il öncə Bakıya milli komandamızla yoldaşlıq görüşməyə keçirməyə gələn Berbatov 2002, 2004, 2005, 2007 və 2008-ci illərdə ölkəsinin ən yaxşısı futbolçusu olub.

Rumıniya yığmasının lideri və kapitanı Adrian Mutu da bu il ölkəsinin ən yaxşı futbolçusu sayılıb. İtaliyanın “Fiorentina” klubunun hücumçusu ardıcıl ikinci dəfə bu titula layiq görülüb. Ümumilikdə isə Mutu 4 dəfə Rumıniyada ən yaxşı futbolçu olub. Bundan çox – 6 dəfə bu adı “Qalatasaray” klubunun və yığmanın sabiq oyunçuları Georgi Hacı ilə Qabriel Popesku alıb.
0