Yığmamız uddu da, uduzdu da
24.12.2008 - 22:15
Yığmamız uddu da, uduzdu da
Azərbaycanın 21 və 19 yaşadək futbolçulardan ibarət milli komandaları arasında bu gün yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma almaniyalı Bernard Lippertin rəhbərlik etdiyi U-21-in qələbəsi ilə nəticələnib.

Belə ki, U-19 0:2 hesablı məğlubiyyətlə üzləşib. Yaşar Vahabzadənin yetirmələrini hər iki halda Cavid İmamverdiyev cəzalandırıb.
0