“Rabotniçki”nin futbolçusu Azərbaycandan təklif alıb
25.12.2008 - 10:42
“Rabotniçki”nin futbolçusu Azərbaycandan təklif alıb
Makedoniya “Rabotniçki”sinin futbolçusu Vladimir Sekulovski karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi klublarımızın maraq dairəsindədir. Karyerası ərzində vətənində “Vardar”, “Sloqa” və “Teteks”, həmçinin Bolqarıstan “Slaviya”sında çıxış edən Vladimir bu ilin iyulundan “Rabotniçki”də çıxış edir.

Çempionlar Liqasının birinci seçmə mərhələsində Bakı “İnter”inin rəqibi olan “Rabotniçki”nin müdafiəçisi təmsilçimizlə qarşılaşmalarda meydana çıxmamışdı. Cari mövsümdə isə Makedoniya birinciliyinin 11 matçında iki sarı vərəqə ilə fərqlənən Sekulovski özü də Azərbaycana gəlməyin əleyhinə deyil: “Azərbaycan klublarından təklif almışam. Məsələ ilə bağlı “Rabotniçki” rəhbərliyi ilə danışmalıyam. Özüm də legioner karyerası yaşamaq haqda düşünürəm”.
0