MOİK satılır
25.12.2008 - 10:55
MOİK satılır
Bolqarıstanın MOİK-i satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin sahibi Pramod Mittal klubunu satmaq üçün danışıqlara başlayıb. Potensial müştəri qismində isə yerli “Titan” şirkəti çıxış edir. Alqı-satqının yaxın iki ay ərzində rəsmiləşəcəyi gözlənsə də, məbləğ hələ açıqlanmır. Mittal iki il əvvəl 31 qat Bolqarıstan çempionunu alsa da, bu, MOİK-in problemlərini həlli etmədi. Paytaxt təmsilçisi borclardan yaxa qurtarmaq üçün hələ də oyunçularını satmaqda davam edir.
0