“Arsenal”ın istədiyi beş futbolçudan ikisi türkdür
25.12.2008 - 11:28
“Arsenal”ın istədiyi beş futbolçudan ikisi türkdür
İngiltərənin “Daily Telegraph” qəzeti “Arsenal” klubunun hədəfində olan 5 futbolçunun siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Arsen Vengerin maraq dairəsinə iki türk də düşüb.

Fransalı mütəxəssis tərəfindən hazırlanan siyahıda birinci yeri İtaliyanın “Udineze” klubunda oynayan Gökhan İnlər tutur. İsveçrə vətəndaşı olan türk əsilli yarımmüdafiəçinin “Arsenal”a transfer olunmaq şansı yüksək qiymətləndirilir.

Türkiyə yığmasının və “Qalatasaray” klubunun üzvü Arda Turan isə Vengerin arzuladığı üçüncü futbolçudur. Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçuya “Barselona”ya keçən Aleksandr Qlebin əvəzləyicisi qismində yanaşır. “Arsenal” rəhbərliyi bu transferləri gerçəkləşdirmək üçün dövrələrarası fasilə dönəmində fəaliyyətə başlayacaq.
0