Silva, Kloze, Semih və Subaşiç
25.12.2008 - 11:42
Silva, Kloze, Semih və Subaşiç
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2008-ci ildə dünyanın ən məhsuldar oyunçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq görüşlərdə 11 qol vuran Türkiyə yığmasının və “Fənərbaxça” klubunun üzvü Semih Şəntürk də ən yaxşılar arasında yer alıb. Avropa kuboklarında 6, milli komandada 5 dəfə fərqlənən hücumçu dünyanın 16-cı, qitənin 8-ci bombardiridir.

Dünyanın ən məhsuldar oyunçusu isə braziliyalı Dias da Silvadır. Bütün qollarını Cənubi Amerikanın klub turnirlərində vuran futbolçu 19 dəfə rəqiblərini məyus edib. Avropanın ən yaxşısı olan almaniyalı Miroslav Klozenin hesabında isə 15 qol var.

Azərbaycan futbolçuları arasında il ərzində ən çox qol vuran oyunçu isə Branimir Subaşiçdir. O milli komandada 2, çıxış etdiyi “Srvena Zvezda” ilə qitə kuboklarında 1 qol vurub.
0