Azərbaycanlı futbolçu “Qorxunc şahzadə” adına əsas namizəddir
25.12.2008 - 13:11
Azərbaycanlı futbolçu “Qorxunc şahzadə” adına əsas namizəddir
Ukraynada başa çatmaqda olan 2008-ci ilin ən böyük futbol qalmaqallarından ibarət “Top-6”lıq tərtib olunub. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunda çıxış edən soydaşımız Aleksandr Əliyev də bu arzuolunmaz “altılığa” düşüb. 24 yaşlı futbolçu Ukraynada ən qalmaqalçı oyunçu, “Qorxunc şahzadə” adına əsas namizəddir.

Bu il bir neçə dəfə qalmaqala səbəbkar olan Əliyev Londonda xüsusilə “fərqlənib”. Belə ki, Çempionlar Liqasında “Arsenal”la görüşdə ona qırmızı vərəqə göstərən FİFA hakimi Alan Hameri əli ilə itələməyə çalışan Aleksandr sonradan soyunub-geyinmə otağında insident törədib. O, ayağı ilə qapını sındırıb.

UEFA Əliyevi bu hərəkətinə görə iki oyunluq diskvalifikasiya edib.
0