“Qalatasaray” borc içində üzür
25.12.2008 - 13:21
“Qalatasaray” borc içində üzür
“Qalatasaray”ın prezidenti Adnan Polat maraqlı açıqlamalar ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi futbolçulara borclu olduqlarını etiraf edib.

“Futbolçulara üç aydır maaş verə bilmirik. Bu problemi aradan qaldırmadan və yeni transfer gerçəkləşdirməklə, onlara haqsızlıq etmiş olarıq. Amma getmək istəyənin yerinə kimisə ala bilərik” - deyə Polat bildirib.

Komandanın almaniyalı baş məşqçisi Mixael Skibbedən razılıqla danışan Polat futbolçulara da mesaj göndərib: “Komandanın son həftələrdə göstərdiyi oyunu bəyənirəm. Üç cəbhədə birincilik uğrunda mübarizəmiz davam edir. Ölkəyə baxın: bunu bacaran başqa komanda varmı? Ona görə də, Skibbedən məmnunam. Sərvət Çətinə Fransa və Almaniya klublarından təklif var. Futbolçumuz getmək istərsə, yardımçısı olarıq. Gedənə dur deyə bilmərik. Sözlərim Ümit Karana da aiddir”.
0