“İnter” bir milyon avroluq qapıçı ilə maraqlanır
26.12.2008 - 12:17
“İnter” bir milyon avroluq qapıçı ilə maraqlanır
Bakının “İnter” klubunun maraq dairəsində olan Sofiya “Levski”sinin qapıçısı Georgi Petkovun yarım milyon avro qiyməti var. Apasport.az saytının məlumatına görə, Rusiyan Premyer Liqasında çıxış edən “Amkar” 32 yaşlı futbolçunu transferi ilə bağlı çempionumuzla mübarizəyə girişib. Petkovu “İnter”ə güzəştə getmək fikrində olmayan permlilər bu səbəbdən qapıçıya iki dəfə çox – 1 milyon avro ödəməyə hazırdır.

Ruslar Bolqarıstan yığmasının da şərəfini qoruyan Georginin müqavilə şərtləri barədə danışıq aparır. Ölkəsinin ən yaxşı futbolçusu ilə bağlı sorğuda 3-cü yeri tutan Georgi “Levski”nin kapitanıdır. Son 5 ildə bu komandanın şərəfini qoruyan qapıçı üç dəfə ölkə çempionu olub və UEFA kubokunun ¼ finalınadək irəliləyib.

Qeyd edək ki, “İnter”də çıxış edən iki bolqarıstanlı biri qapıçı Svilen Semyonovdur. İl yarımdır ölkəmizdə çıxış edən, çempionluq qazanan 34 yaşlı futbolçu cari mövsümdə əsas heyətdə yerini itirib.
0