AFFA rəsmiləri cəzaçəkmə müəssisəsində
26.12.2008 - 12:30
AFFA rəsmiləri cəzaçəkmə müəssisəsində
Bu gün AFFA-nın baş katibinin müavini Elxan Əsədov və assosiasiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti “Yetkinlik yaşına çatmamış uşaqların cəzaçəkmə müəssisəsi”ndə olublar. Apasport.az saytının məlumatına görə, məhbus uşaqlarla görüşən AFFA nümayəndələri onlara 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıblar. Tədbirdə çıxış edən cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədov diqqət və qayğıya görə AFFA rəhbərliyinə minnətdarlıq edib. Əsədov buradakı uşaqları qarşıdakı bayramlar münasibətilə təbrik edərək məhbusların hamısının tezliklə azadlığa qovuşmasını arzulayıb. O AFFA-nın “Futbol oynayaq, sağlamlığı qoruyaq” devizi altında bir sıra tədbirlər həyata keçirdiyini və cəzaçəkmə müəssisəsində olan uşaqların da vaxtaşırı futbol oynamasını tövsiyə edib.
Çıxışlar başa çatdıqdan sonra AFFA tərəfindən məhbus uşaqlara futbol geyim dəstləri və toplar hədiyyə olunub.
0