Futbol yığmamızın məşqçisi Bakıya qayıtmağa bilet tapmır
26.12.2008 - 13:19
Futbol yığmamızın məşqçisi Bakıya qayıtmağa bilet tapmır
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev Ukraynada məşqçilik kursunu bitirmək üzrədir. Apasport.az saytının məlumatına görə, “İnter” klubunda da çalışan 38 yaşlı məşqçi bu gün Kiyevdə sonuncu imtahanını verəcək.

İndiyədək fiziki hazırlığın müxtəlif göstəriciləri üzrə imtahan verən Abdullayev taktiki planda da sınaqdan uğurla keçib. Bununla da həmyerlimiz A kateqoriyalı məşqçi olması ilə bağlı diploma sahib çıxacaq. O, Vətənə dekabrın 28-də dönməli olacaq ki, bu da bilet problemi ilə bağlıdır. Bakıya bu günə bilet ala bilməyən məşqçi daha iki gün də Ukrayna paytaxtında qalmağa məcburdur.
0