“Bakı”da iki yeni məşqçi
26.12.2008 - 16:17
“Bakı”da iki yeni məşqçi
“Bakı” klubu uşaq futbolunun inkişafı məqsədilə daha iki türkiyəli məşqçini ölkəmizə dəvət edib. Apasport.az saytının məlumatına görə, Ercan Kiliçlə Murat Çölbəyi paytaxt təmsilçisinin aşağı yaş qrupunda çıxış edən bütün komandaları ilə çalışacaqlar. Qapıçılar üzrə mütəxəssis olan Çölbəyi həm də əvəzedici komandada bu funksiyanı yerinə yetirəcək. “Altay”, “Aydınspor”, “Bucaspor”, “Marmarisspor” klublarında oynamış 40 yaşlı Kilic futbolçu karyerasını 5 il əvvəl bitirib. 2003-cü ildən məşqçilik üzrə A kateqoriyasına yiyələnən mütəxəssis “Əskişəhərspor”, “Aydınspor”, “Bucaspor”un gənclərdən ibarət komandalarda işləyib. Beş ildir B kateqoriyalı məşqçi olan Çölbəyinin həm futbolçu, həm məşqçi karyerası “Göztəpə” ilə bağlı olub. O uzun illər oynadığı komandada uşaq məşqçisi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir müddətdir “Bakı”da digər türkiyəli uşaq futbolu məşqçisi Yüksəl Kepoglu da çalışır.
0