İlqar Qurbanovun komanda yoldaşı öldü
26.12.2008 - 16:35
İlqar Qurbanovun komanda yoldaşı öldü
Azərbaycan yığmasının sabiq üzvü İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor” klubunun gənclərdən ibarət komandasının üzvü dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 17 yaşlı Əli Özdəmir bu gün Sakaryada dəfn olunub.

Mərhum beyin damarlarında daralma səbəbindən İstanbulda iki dəfə cərrahiyyə əməliyyatı olunub. Amma dörd gün komada qalan gənc futbolçu ayılmayaraq, dünyasını dəyişib.
0