Aleks həm Əli, həm də Türkiyə vətəndaşı olur
26.12.2008 - 17:53
Türkiyənin “Fənərbaxça” klubu braziliyalı futbolçu Aleksi milliləşdirir. Apasport.az saytının məlumatına görə, 2004-cü ildən İstanbul təmsilçisinin heyətində çıxış edən 31 yaşlı yarımmüdafiəçi 2009/10 mövsümündə yerli oyunçu statusu daşıyacaq.
Belə ki, yayda “Fənərbaxça” ilə müqaviləsi başa çatan Aleks iyunun 20-də Türkiyəyə gəlməsinin beş ilini tamamlayacaq. Bu isə legioner statusundan çıxmasına imkan verir. Lakin əvvəllər Braziliya milli komandasında oynamış futbolçu milliləşməsindən yalnız çempionatda yararlanacaq və Türkiyə yığmasında çıxış edə bilməyəcək.
“Fənərbaxça” Alekslə yeni müqavilə imzalayacağı halda, boş qalan legioner yerinə digər əcnəbi transfer edəcək. Aleks isə Türkiyədə Əli adını daşıyacaq.
Qeyd edək ki, “Trabzonspor”un qvineyalı oyunçusu İbrahim Yattara da yeni mövsümdən yerli statusu ilə oynaya bilər. Türkiyədə çıxış etməsinin 5 ili hələ cari mövsüm ərəfəsində tamamlanan afrikalı futbolçu artıq türk vətəndaşı da sayılır.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0