“Bakılı” klubunu Vasili Çeişvili çalışdıracaq
26.12.2008 - 18:32
“Bakılı” klubunu Vasili Çeişvili çalışdıracaq
Üç illik fasilədən sonra güclülər dəstəsinə qayıdan “Bakılı” klubunu gürcüstanlı mütəxəssis çalışdıracaq. Apasport.az saytının məlumatına görə, 46 yaşlı Vasili Çeişvili paytaxt təmsilçinin yeni baş məşqçisi olacaq.

Ölkəmizdə bir neçə ildir işləyən Çeişvili Bakının “Olimpik” klubunda da yer alıb. İlk dövrənin gedişində Nadir Qasımovun istefasından sonra “Bakılı”da çalışan Çeişvilinin ikinci dövrədən baş məşqçi olacağı gözlənilir. Yaxın günlərdə ölkəmizə həmyerlisi ilə birgə gələcək mütəxəssis “Bakılı”da həmin şəxs yardımçı olacaq. Qasımovdan sonra komandanı oyunlara çıxaran təcrübəli mütəxəssis Bəxtiyar Qulamov da “Bakılı”da qalacaq.

Qeyd edək ki, uşaq futbolunda də təcrübəsi böyük olan Vasili vətənində Tiflisin “Lokomotiv”də çalışıb. Gürcü mütəxəssis Orta Asiya ölkələrində də işləyib.
0