“Heyvanlar da özünə tay tapanda xoşbəxt yaşayırlar”
26.12.2008 - 20:16
“Heyvanlar da özünə tay tapanda xoşbəxt yaşayırlar”
Türkiyə yığmasının və “Fənərbaxça”ın üzvü Volkan Dəmirəl Belçika gözəli seçilən sevgilisi Zeynəb Kübra Sevər haqda maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı cazibədar xanımla sevgi macərası yaşadığını etiraf edib.

“Zeynəblə beş aydır ciddi münasibət saxlayırıq. Belçika gözəli seçiləndə də zəng vurub təbrik etdim. Əslində, önəmli məqam onun mənim gözümdə gözəl olmasıdır. Zeynəb maneken deyil, bir türk ailəsinin qızıdır. Biz bir-birimizi çoxdan bəyənmişik” – deyə Volkan bildirib.

Dəmirəl bu münasibətinin çıxışına təsir göstərmədiyini də vurğulayıb: “Bütün futbolçuların sevgilisi var. Onun mənim oyun səviyyəmə təsir etməsi gülünc səslənir. Bunun məsələyə nə dəxli var? Həyatın qanunu belədir: heyvanlar da özünə tay tapanda xoşbəxt yaşayırlar”.
0