Roberto Karlos Araqonesə ilişdi
27.12.2008 - 15:01
Roberto Karlos Araqonesə ilişdi
“Fənərbaxça”nın braziliyalı futbolçusu Roberto Karlos komandanın baş məşqçisi Luis Araqonesin “bostanına daş atıb”. Apasport.az saytının məlumatına görə, Braziliya mətbuatına müsahibə verən 35 yaşlı müdafiəçi “sarı-lacivərdlilər”in sabiq çalışdırıcısı, hazırda Özbəkistanın “Bunyodkor” klubuna rəhbərlik edən Artur Ziko üçün darıxdıqlarını gizlətməyib.

“Bu faktdır ki, Ziko üçün çox darıxmışıq. Araqonesə şans verənlərin səbrli olması vacibdir. Ancaq Zikonun vaxtında işlər o qədər yaxşı gedirdi ki... Onun rəhbərliyi altında keçirdiyimiz mövsümü yalnız Braziliya yığması ilə müqayisə etmək olardı. İndi yaxşı oynamağımız üçün zamana ehtiyac var”.

Qeyd edək ki, cari mövsüm qeyri-sabit çıxış edən “Fənərbaxça” Çempionlar Liqasında mübarizəni erkən dayandırıb. Bundan başqa, Zikonun yetirmələri Türkiyə Superliqasında 4-cü yeri tuturlar.
0