MOİK-də nigeriyalı futbolçu!
27.12.2008 - 23:09
MOİK-də nigeriyalı futbolçu!
Azərbaycan Premyer Liqasında çıxış edən Mərkəzi Ordu İdman Klubu (MOİK) dövrələrarası fasilədə növbəti transferlərini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, komandaya daha 4 futbolçu cəlb olunub. Yeni transferlər arasında ən diqqətçəkəni nieriyalı Erik Obidikedir. Birinci dövrəni “Muğan”da keçirmiş 23 yaşlı müdafiəçi MOİK-in tarixinə düşəcək. Belə ki, indiyədək ordu klubunda əcnəbi futbolçu oynamayıb.

Bundan başqa, qapıçı Vaqif Şirinbəyov (“İnter-2”), hücumçular Kamil Nurəhmədov (“Şahdağ”, U-19) və Cavid Rəhimov (“Bakılı”, U-21) da “hərbçilər”in şərəfini qoruyacaq. Hər 4 futbolçu ilə 1 illik müqavilə bağlanılacaq.

Qeyd edək ki, hazırda Premyer Liqada 13-cü yeri tutan MOİK-dən birinci dövrənin ardından 18 oyunçu qovulub. Klub rəhbərliyi heyətə yuxarıda adları qeyd olunan futbolçularla yanaşı, “Neftçi-2”dən Fərid Həşimzadəni də cəlb edib.
0