Qurban Qurbanov: Müqavilənin üç illik olması yaxşıdır
29.12.2008 - 19:08
Qurban Qurbanov: Müqavilənin üç illik olması yaxşıdır
“Qarabağ”la yeni müqavilənin uzadılması barədə müzakirələr neçə vaxtdır gedirdi. Nəhayət ki, məsələni rəsmiləşdirdik”. Bunu apasport.az saytına Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Rəhbərliklə yeni üç illik müqavilə imzalayan 36 yaşlı çalışdırıcı komandasının transfer məsələlərinə hələ aydınlıq gəlmədiyini bildirib: “Müqavilənin üç illik olması daha yaxşıdır... Çünki belə olanda, baş məşqçi bu müddət üçün plan qurub gündəlik işini görə bilir. Yeni transferlərə gəlincə, bu məsələyə Türkiyə toplanışı ərəfəsində aydınlıq gətirəcəyik. Antalyaya gedənədək bir neçə futbolçunun keçidini həll edəcəyik. Heyəti legionerlərlə gücləndirəcəyimiz də istisna deyil. Rəşad Sadiqovla Elnur Allahverdiyevin transferi də hələ rəsmiləşməyib. Bu iki futbolçunun “Neftçi” ilə müqavilələri bitmədiyindən, onlar bu kluba məxsusdur”.

Qeyd edək ki, Qurban Qurbanov bu ilin avqustunda “Qarabağ”ın baş məşqçisi təyin olunub.
0