“Kasımpaşa” və “Çaykur Rizəspor” azərbaycanlı futbolçu ilə maraqlanır
29.12.2008 - 20:15
“Kasımpaşa” və “Çaykur Rizəspor” azərbaycanlı futbolçu ilə maraqlanır
“Ramal Hüseynovun transferi ilə bağlı məsələnin həllini gözləyirik. “Girəsunpor”dan başqa variantlar da var”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. Onun sözlərinə görə, 24 yaşlı yarımmüdafiəçinin adı Türkiyədə aşağı divizionda bir neçə komandanın ətrafında hallanır: “Ramalın “Kasımpaşa” və ya “Çaykur Rizəspor” klubuna keçmək variantı da var. Ötən mövsüm Türkiyə Superliqasında çıxış edən bu komandalar birinci diviziona düşüblər. Biz futbolçumuzu mövsümün sonu qədər başqa klubda çıxış etməsinə imkan yaradırıq. Türkiyə variantları alınmazsa, Hüseynovu öz klublarımızdan birinə yarım illiyə icarəyə verəcəyik”.

Qeyd edək ki, “Bakı”da cari mövsümdə daha çox ehtiyatda qalan Ramal “Girəsusnpor”a yarım illiyə icarəyə verilməsi klublar arasında razılaşdırılıb. Ancaq futbolçu maliyyə məsələsində türklərlə ortaq məxrəcə gəlmədiyi üçün, məsələnin həlli yubanır.
0