Ərtoğrul Sağlam yeni klubla müqavilə bağladı
30.12.2008 - 00:31
Ərtoğrul Sağlam yeni klubla müqavilə bağladı
Türkiyəli Ərtoğrul Sağlamın yeni iş yerinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı məşqçi bundan sonra “Bursaspor”u çalışdıracaq. Sağlam bu komandada az öncə baş məşqçi postundan istefa vermiş Güvenç Kurtarı əvəzləyib.

Yayılan məlumatlara əsasən, artıq Sağlamla ilkin müqavilə bağlanılıb. “Bursaspor”un prezidenti İbrahim Yazıcı perspektivli məşqçi ilə İstanbulda görüşərək, bütün məsələlərdə razılığa gəlib. Tərəflər qarşıdakı günlərdə münasibətləri rəsmiləşdirəcəklər.

Qeyd edək ki, Sağlam bu il oktyabrın 7-də “Beşiktaş”ın baş məşqçisi postundan istefa verib. Hətta onun “Xəzər-Lənkəran”ı çalışdıracağı barədə də dezinformasiyalar yiyələnmişdi.
0