Rusiya - Azərbaycan görüşü 2:2 hesabıyla bitəcək!
30.12.2008 - 12:01
Rusiya - Azərbaycan görüşü 2:2 hesabıyla bitəcək!
Almaniya mətbuatı 2009-cu ilin arzulanan təqvimini hazırlayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız qarşıdakı ilin hər ayı üçün öz istəklərinə uyğun proqnoz veriblər.

Almanlar Azərbaycan yığmasının baş məşqçisi olan həmyerliləri Berti Foqtsu da unutmayıb. 62 yaşlı mütəxəssisin sentyabrda almanlarla qarşılaşacağına əhəmiyyət verməyən jurnalistlər onun martın qəhrəmanı olacağını düşünür. Belə ki, üç aydan sonra Foqts yetirmələrini həmyerlilərinin dünya çempionatının seçmə mərhələsində əsas rəqibi olan Rusiya yığması ilə oyuna çıxaracaq: “Foqts Azərbaycan yığması ilə Rusiyada gözəl nəticə göstərir. 2:2 hesablı heç-heçə ilə Bakıya qayıdan yığma üçün bu bir qələbəyə bərabərdir. Minlərlə azarkeş Foqtsun qazandırdığı qələbəni bayram edir. Bu uğurun şərəfinə Tofiq Bəhramov adına stadionun adını “Berti Arena”ya dəyişirlər. Foqts isə coşur: Bu, bizim vicdanlı işimizdir, komandam heç kim tərəfindən stimullaşdırılmayıb”.

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu gələn il martın 28-də Moskvanın Lujniki stadionunda keçiriləcək.
0