Badri Kvaratsxeliya: Sxadadze istefa verib
30.12.2008 - 12:20
Bakının “Standard” klubunun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze istefa verib. Bu haqda apasport.az saytına Sxadadzenin köməkçisi Badri Kvaratsxeliya məlumat verib. Onun sözlərinə görə, həmyerlisi komandadan öz istəyi ilə gedib: “Sxadadze artıq klubla vidalaşıb. Bildiyimə görə, ona Gürcüstanın gənclər yığmasını çalışdırmaq təklifi gəlib. Mən isə yanvarın 4 və ya 5-də Bakıda gələcəyəm. Həmin vaxt rəhbərliklə söhbətim olacaq. Komandada qalıb-qalmayacağımı, hansı vəzifədə çalışacağımı indidən deyə bilmərəm”.
Qeyd edək ki, Sxadadze Gürcüstanın gənclər yığmasından bir müddət öncə təklif alsa da, bunu qəbul etməmişdi. 40 yaşlı məşqçi “Standard”la mövsümün sonuna qədər müqaviləsinin olmasını nəzərə alaraq, komandadan hələ ki getmək fikrində olmadığını bəyan etmişdi. Komandanın sükanı arxasına ötən qışda keçən Sxadadze “Sioni”də olduğu kimi, 43 yaşlı Badri Kvaratsxeliyanı özünə köməkçi götürmüşdü. Kvaratsxeliya futbolçu karyerasının ən yaxşı illərini Azərbaycanda keçirərək, “Kəpəz” və “Şəmkir”lə ölkə çempionu olub. Ötən mövsümü 9-cu yerdə başa vuran Sxadadzenin komandası qış fasiləsinə də 8-ci pillədə yollanıb.

0
0