Semih Avropa çempionatının xilaskarı seçildi
30.12.2008 - 13:08
UEFA 2008-ci ildə Avstriya və İsveçrənin birgə təşkil etdiyi Avropa çempionatının yekunlarını əlifba sırası ilə dəyərləndirib. Apasport.az saytının məlumatına görə, yarışın bürünc mükafatını qazanan Türkiyə yığmasının çıxışı ən dramatik hadisə kimi vurğulanıb.
Qurumun veb-saytında yer alan məqalədə Fatih Terimin başçılıq etdiyi komanda haqda bu fikirlər yer alıb: “Türkiyə almaniyalı Filip Lamın qoluna kimi, geri dönüşlərlə gündəmə gəlmişdi. Amma bu görüş istisna oldu”.
Almaniyanın yarımfinalda Türkiyənin qapısına üç zərbə endirdiyi və bunların dəqiq olduğu da yazıda qeyd olunub. Bundan başqa, Avropa çempionatının xilaskarı Semih Şəntürk seçilib. Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliçin Türkiyəyə məğlubiyyətdən sonra yaşadığı üzüntülü anlar isə turnirin “x” məqamı kimi göstərilib.

0
0