Azərbaycan yığması Şotlandiya çempionu ilə qarşılaşacaq
30.12.2008 - 13:15
Azərbaycan yığması Şotlandiya çempionu ilə qarşılaşacaq
Gələn il yanvarın 4-dən 10-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Azərbaycan 21 yaşlılardan ibarət milli komandanın rəqibləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın ilk rəqibi Şotlandiyanın “Dandi Yunayted” klubu olacaq.

Tarixində bir dəfə ölkə çempionu olan bu komanda ilə görüş yanvarın 7-də Antalyada baş tutacaq. Yığmamız bu qarşılaşmadan iki gün sonra digər şotland klubu “Kilmarnok”la qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığması britaniyalıların ikinci komandaları ilə görüşəcək.
0