Belaruslu futbolçu azərbaycanlı prezidentin yanına gedir
30.12.2008 - 14:09
Azərbaycan Premyer Liqasının gümüş medalını qazanan Dmitri Parxaçov Rusiyaya baxışa gedəcək. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakının “Olimpik” klubunda çıxış edən 23 yaşlı belaruslu yarımmüdafiəçi Qazaxıstanı tərk edib. Yayda “Olimpik”lə yollarını ayırandan sonra bu ölkənin yüksək liqasında çıxış edən “Vostok” klubuna keçən Parxaçov son yarım ili orda keçirib. Klubla müqaviləsinin müddəti bitən Dmitri özünü Rusiyanın ikinci divizionunda çıxış edən “Nosta” klubunda sınamağa qərar verib. Belaruslu futbolçu yanvarın 11-də Novotroitsk təmsilçisinin Kislovodskdakı iki həftəlik təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, “Nosta”nın prezidenti azərbaycanlı iş adamı, iki həftə öncə 45 illik yubileyini qeyd edən Nazim Əfəndiyevdir.
Qeyd edək ki, “Nosta”nın prezidenti azərbaycanlı iş adamı, iki həftə öncə 45 illik yubileyini qeyd edən Nazim Əfəndiyevdir.
0
0