Mübariz Mənsimovun münasibətdə olduğu maneken məhkəmədə qalib gəldi - FOTO
30.12.2008 - 14:35
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimovun yaxın münasibətdə olduğu keçmiş maneken Dəniz Akkaya məhkəmə çəkişməsində qalib gəlib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı model artıq fəaliyyətini dayandırmış İTO təşkilatının rəhbəri Mehmet Yıldırımı məhkəməyə vermişdi. Öncə Akkayanın ittihamları rədd edilsə də, sonradan daha yüksək instansiyalı məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılıb.
Məsələ burasındadır ki, Dəniz 2002-ci ildə bir biznesmenin ona 1 həftəlik eşq macərası müqabilində 300 min dollar təklif etdiyini bildirib. Mehmet Yıldırım isə manekenin sözlərinə reaksiya verərək, “O qız dəyərini artırmaq üçün səhv taktika tətbiq edir. Biznesmen iqtisadiyyatı da bilir, bazar qiymətlərini də, heç kimə dəyərindən artıq pul verməz” söyləmişdi. Akkaya bu sözlərlə şərəf və ləyaqətinin alçaldığını əsas gətirərək, 100 min türk lirəsi mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət etmişdi. Yalnız ikinci cəhddə qalib gələn gözəlçə keçmiş prezidentdən istədiyi məbləği qoparmağa nail olub.
Məlumat üçün bildirək ki, bir müddət öncə Türkiyə mətbuatında Mübariz Mənsimovun Dəniz Akkaya ilə yaxın münasibətləri olduğu barədə xəbərlər yayılmışdı. Hətta manekenin keçmiş sevgilisi, iş adamı Veysəl Kadayıfçıoğlu bu münasibətlərdən xəbər tutaraq, Mənsimovu ölümlə hədələmişdi. Daha sonra “Palmali” Şirkətlər Qrupunun prezidentinin polisə müraciəti əsasında, Kadayıfçıoğlu və onun əlaltıları həbs olunmuşdu.
Xatırladaq ki, Akkaya aktrisa kimi də tanınır. O, 1997-ci ildə, 20 yaşında ikən “Best Model of the World” müsabiqəsində ən yaxşı maneken seçilib. Ötən il isə Dəniz keçirdiyi plastik əməliyyatlarla gündəmə gəlmişdi.

0
0