Messi alt paltarını reklam etdi
30.12.2008 - 15:59
Messi alt paltarını reklam etdi
İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi alt paltarını reklam edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı argentinalı oyunçu “Lody” firmasının reklam aksiyasına qatılıb. Messi alt paltarını reklam etməyi qərara almaqla, bir sıra həmkarlarından fərqlənib.

Qeyd edək ki, Messi bu il Argentina yığmasının heyətində Pekin Olimpiadasının qalibi olub. O, Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatı uğrunda mübarizədə yalnız portuqaliyalı futbolçu Kriştianu Ronaldoya uduzub.
0