“Neftçi”dən qovulan futbolçu “Qarabağ”la müqavilə bağladı
30.12.2008 - 16:13
“Neftçi”dən qovulan futbolçu “Qarabağ”la müqavilə bağladı
“Qarabağ” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, ağdamlılar Azərbaycan milli komandasının sabiq futbolçusu Rəşad Sadiqovla il yarımlıq müqavilə bağlayıb. Uzun illər Bakının “Neftçi” klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl flaqmandan kənarlaşdırılmışdı.

Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasında 137 oyuna 4 qol vuran Sadiqov milli komandada 3 matç keçirib.
0