“İnter”in 2009-cu il üçün təqvimi təqdim olundu
30.12.2008 - 17:53
“İnter”in 2009-cu il üçün təqvimi təqdim olundu
Bu gün Bakının “İnter” klubunun rəsmi posterinin və 2009-cu il üçün hazırlanmış təqviminin təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda təşkil olunan tədbirdə klub rəhbərliyi və baş məşqçi Valentin Xodukin iştirak edib. Görülən işləri yüksək qiymətləndirən Xodukin hazırlanmış poster və təqvimin azarkeşlərin xoşuna gələcəyinə əmin olduğunu bildirib. Klubun bolqarıstanlı prezidenti Georgi Nikolov vətənində olduğu üçün rəhbərliyi baş menecer Rüstəm Abdullayevlə menecer Kamran İsmayılov təmsil edib.

Qeyd edək ki, bu istiqamətdə işləri davam etdirmək fikrində olan “İnter” ötən qış fasiləsində də eyni addımı atıb. Həmin vaxt Nikolovun da iştirak etdiyi tədbirdə komandanın posteri və 2008-ci ilin təqvimi təqdim olunmuşdu.
0