“Xəzər-Lənkəran”ın təklifi məni qane etmədi”
30.12.2008 - 17:56
“Xəzər-Lənkəran”ın təklifi məni qane etmədi”
“Qarabağ”dan savayı, “Xəzər-Lənkəran” və Bakının “İnter” klublarından da təklif almışdım. Lakin məni Ağdam təmsilçisinin təklifi qane etdiyi üçün müqavilə bağlamağa razılıq verdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun yeni transferi Rəşad Sadiqov deyib.

Bu gün Ağdam təmsilçisi ilə ilyarımlıq müqavilə bağlayan 25 yaşlı futbolçu yeni komandasındakı şəraitdən razı qaldığını bildirib. Onun sözlərinə görə, seçimində komandanın baş məşqçisi Qurban Qurbanov amilinin də böyük rolu olub: “Digər klublarla müqayisədə, “Qarabağ”ın təklifi daha cəlbedici idi. Ən aşağı məbləği “Xəzər-Lənkəran” təklif etmişdi. Özüm Bakıda yaşayıram. Lənkəranda aşağı məbləğdə oynamaqdansa, evinin içində olan komandada daha yüksək əmək haqqı qarşılığında çıxış etməyə kim razılıq verməzdi? Üstəlik, “Qarabağ”ın baş məşqçisi hələ “Neftçi”dən tanıdığım Qurban Qurbanovdur. Yenidən onun rəhbərliyi altında çıxış edəcəyimdən çox məmnunam”.

Sadiqov onu transferə çıxaran “Neftçi” klubundan transfer vərəqini alarkən, heç bir problemlə üzləşmədiyini də əlavə edib.

Lent.az
0