“Birlik kuboku”nda 53 yaşlı futbolçu
30.12.2008 - 19:00
“Birlik kuboku”nda 53 yaşlı futbolçu
Bakının “İnter” klubunun debüt edəcəyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində 53 yaşlı futbolçu oynayacaq. Apasport.az saytının məlumatına görə, Belarusun “MTZ-RİPO” komandasının məşqçisi Yuri Pudışev gələn ay Moskvada keçiriləcək yarışda adının komandasının iştirak ərizəsində daxil edilməsini istəyir. Hələ 1982-ci ildə Minsin “Dinamo” klubunun heyətində SSRİ çempionu olan Pudışev “Birlik koboku”nda məşqçi yox, futbolçu kimi özünü göstərmək arzusundadır: “Moskvada çoxlu dostlarım və onların gözünün qabağında biabır olmaq istəməzdim. Futbolçu kimi sifariş olunmağı planlaşdırıram. Belarusda bu yaşda meydana çıxmağıma artıq öyrəşiblər. Rusiyada isə bu, yenilik olacaq. Yəqin ki, biz az gülüb, təəccüblənib və alqışlayacaqlar. Turnirdə məqsədimizə gəlincə, bu, yalnız 1-ci yeri tutmaqdır”

Qeyd edək ki, Pudışev “MTZ-RİPO”da çıxış edən olimpiya yığmamızın sabiq futbolçusu Elmar Xeyirovun məşqçisidir. BATE və Minsk “Dinamo”su imtinasına görə Belarusu yarışda ötən mövsümün bürünc mükafatçısı təmsil edəcək.
0