Cahangir Həsənzadə Rusiyaya baxışa yollanır
31.12.2008 - 17:15
Cahangir Həsənzadə Rusiyaya baxışa yollanır
“Qəbələ” klubunun transferə çıxardığı Cahangir Həsənzadə karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq qapıçısı yaxın günlərdə qonşu ölkəyə baxışa yollanacaq: “Yerli klublardan “Muğan”dan təklif almışam. Amma onlara hələlik cavab verməmişəm. Çünki Yeni ildən sonra Rusiyanın birinci dəstəsində mübarizə aparan komandaya baxışa gedəcəyəm. Əgər rusların xoçuna gəlsəm, orada da qalacağam”.
0