Aslan Kərimov karyerasını başa vurur
31.12.2008 - 19:27
Aslan Kərimov karyerasını başa vurur
“Artıq 36 yaşım var. Bu səbəbdən milli komandaya qayıtmaq fikrim yoxdur. Qoy gənclərə şans verilsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun veteran futbolçusu Aslan Kərimov deyib.

Ağdam təmsilçisi ilə mövsümün sonunda müqaviləsinin başa çatacağını bildirən Kərimov karyerasını başa vuracağını istisna etmir: “Əgər mövsümün sonunda “Qarabağ”la yeni müqavilə bağlaya bilməsəm, karyeramı başa vuracağam. Lap başqa klublar mənə təklif göndəsə də, futbolçu kimi meydana çıxmayacağam”.
0