Linkoln: Türkiyə yığmasında oynamağa hazıram!
01.01.2009 - 00:01
Linkoln: Türkiyə yığmasında oynamağa hazıram!
“Qalatasaray” klubunun futbolçusu Kassio Linkoln Türkiyə yığmasının şərəfini qorumaq istəyir. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “ay-ulduzlu” komanda üçün oynamağa hazır olduğunu bildirib.

“24-25 yaşlarında Almaniyada oynayanda Bundesliqada top qovan ən yaxşı futbolçulardan biri idim. Hər an Braziliya yığmasına çağırılmaq ehtimalım vardı. Amma bu, baş vermədi. İndi daha təcrübəliyəm. Əgər Türkiyə yığmasından dəvət alsam, bunu böyük məmnuniyyətlə qəbul edərəm. Düzdür, hesab etmirəm ki, Türkiyə milli komandasının mənə ehtiyacı var. Sadəcə, bu mənim komandaya nə qədər önəm verdiyimi və ehtiyacım olduğunu göstərir” – deyə Linkoln bildirib.

Braziliyalı futbolçu uşaq vaxtlarında üzləşdiyi sıxıntılardan danışarkən hətta oğurluq etdiyini də vurğulayıb: “Məktəbə gedərkən xərcləməyə pulumuz olmazdı. Yeməyə heç nə tapmayanda hərdən mağazadan oğurluq edərdik. Yəqin ki, bu halla çoxları üzləşib. Top oynamasaydıq, indi harada olduğumuzu təxmin edə bilmirəm”.
0